main-post-cover

    Gələcək iPhone modelləri Always on Display funksiyalı LTPO ekranlar əldə edə bilərlər

    Elm & Texnologiya
    27.10.2019
    Emil Nəcəfov
        Apple şirkəti gələcək iPhone modellərində aşağı temperaturlu polisilikon və oksid əsasında hazırlanmış ekran texnologiyasından (LTPO) istifadə etməyi planlaşdırır. LTPO ekranlar hal hazırda mövcud olan LTPS ekranlardan 15% daha az enerji sərf edirlər. Bu isə öz növbəində gələcək iPhone modellərinin batareyalarının daha uzun müddət xidmət göstərmələrinə yardımçı ola bilər. Bu barədə The Elec saytı xəbər verib.
        Hal hazırda şirkət bu texnologiyanı Apple Watch Series 4Series 5 smart saat modellərində istifadə edir. Şirkətin saytında qeyd olunub ki, LTPO ekrana sahib Watch Series 5 smart saatı 18 saat çalışa bilir. Baxmayaraq ki, onun ekranı hətta aktiv olmayan vaxtda da yanılıdır (Always on Display funksiyası). Bu özəlliyi mümkün edən əsas fakt ondan ibarətdir ki, smart saat aktiv olmayan zaman onun LTPO ekranının yenilənmə tezliyi 60 Hz-dən 1 Hz-ə enir.
        Çox güman ki, LTPO ekranların iPhone-lara inteqrasiya etməklə onlar da Always on Display funksiyasını əldə edəcəklər. Qeyd etmək lazımdır ki, bundan öncə şirkət artıq smart saatlarda istifadə olunmuş texnologiyaları smartfonlara da tətbiq etmişdi. Məsələn 2015-ci ildə şirkətin smart saatarında istifadə edilmiş qara interfeysli OLED ekranlar 2017-ci ildə iPhone-lara da inteqrasiya edildi.
    Linki kopyala