main-post-cover

    Gələcəyin iPhone-ləri qövsvari ekranlara və təmassız toxunma sistemlərinə sahib ola bilərlər

    Elm & Texnologiya
    04.04.2018
    Orxan Oguz
        Apple şirkətinin gələcək nəsil iPhone modelləri üçün iki yeni texnologiyanı inkişaf etdirdiyi bildirilir. Bloomberg-in xəbərinə görə bunlardan biri təmassız hərəkət sistemi, digəri isə qövsvari ekrandır. Hər iki layihənin də hələ ilkin araşdırma və inkişaf mərhələsində olduğunu deyə bilərik.
        Apple-nin ən yaxın rəqibi Samsung bu iki texnologiyanı əvvəlki modellərində tətbiq edib. Təməssız əmrlər funksiyası Galaxy S4 modelində ilk dəfə qarşımıza çıxmışdı. Bunun sayəsində fotoşəkillərə baxarkən və ya veb səhifəsini çevirmək üçün əli ekranın üstündə havada saxlayıb sürüşdürmək kifayət edirdi. 
        Samsung Galaxy S seriyası cihazlarında bir neçə ildir ki, qövsvari ekranlar da yer alır. Bloomberg-in xəbərində Apple-nin yeni iPhone ekranının yuxarıdan aşağı daxilə doğru qövsvari hazırlanacağı ehtimal olunur.
        Havadan edilən hərəkətlər texnologiya şirkətlərinin olduqca maraq göstərdiyi, üstündə çoxlu təcrübələr apardığı yeniliklərdən biridir. Microsoft da sonu yaxşı bitməyən WindoWs Phone platforması üçün oxşar işlər görmüşdü. Microsoft-un Kinect sistemindəkinə oxşar smartfon nəzarət hərəkətləri bu sahə üzrə irəli sürülən yaxşı fikirlərdən biri idi, amma ekranda barmağı və ya əli dayandıraraq hazırlanan smart təsirlər bazara çıxarılan hansısa cihazda sərgilənmək fürsəti əldə etməyib. Bu da Apple üçün böyük bir fürsətdir. 
    Linki kopyala