
Gələcəyin istehsalat inqilabı
Elm & Texnologiya
07.05.2017
Farid
Bir gün gələcəkdə biz geriyə baxıb təəccüblənəcəyik. O hala
təəccüblənəcəyik ki, bizim fiziki obyektlərimiz materiyanın ayrı-ayrı nümunələri
idilər. Biz təəcüblənəcəyik ki, avtomobil nə vaxtsa dəmir parçası olub. Və
yaxud soyuducu bizim ərzaqlarımızı soyuq şəraitdə saxlamaq üçün bir cihaz olub.
Mobil telefon isə digər bir insanla əlaqə yaratmaq üçün istifadə etdiyimiz
plastik material olub. Çünki bizim hal-hazırda irəli doğru getdiyimiz gələcəkdə
bütün fiziki obyektlər məntiqli və bir-biriləri ilə sıx əlaqəli olacaqlar. Beləliklə
onların funksionallığı da dəyişəcək. Bu tendensiyanı mobil telefondan başqa heç
bir cihaz yaxşı şəkildə başa sala bilməz. Mobil telefon nə vaxtsa sadəcə olaraq
mobil telefon idi. İndi isə o həm sizin portativ fonarınız, bankınız,
televizorunuz və biraz ağılsız köməkçiniz rolunu oynayır. Mobil telefon (və ya
cib kompüteri) bütün mobil servislərə yol açan portaldır. Biz bu portal vasitəsilə
həmin servislərdən istifadə edirik. İstifadə etdiyimiz servislər günü-gündən
yenilənərək dəyişdikləri halda mobil telefonlar praktiki olaraq dəyişməz olaraq
qalır. Biz elə bir dünyaya doğru irəliləyirik ki, həmin dünyada smartfonlara bənzəyən
texnologiyalar çoxluq təşkil edəcək. Onları dəstəkləyən servislər isə gələcəkdə
cihazların özlərindən daha əhəmiyyətli olacaqlar. Bəlkədə gələcəkdə bizlər cihazlara
deyil həmin servislərdən istifadəyə görə pul ödəməli olacağıq. GE şirkətinin
baş iqtisadiyyatçısı Marco Annunziata məhz bu cür düşünür. Bir neçə vaxt bundan
öncə Exponential Finance konfransında çıxış etmiş Marco Annunziata bildirib ki,
növbəti istehsalat inqilabı fiziki və analitik texnologiyaların fonunda baş verəcək.
"Diqqət aktivlərdən, məhsullardan xidmət və nəticələrə yönəlir.
Çünki müəyyən bir anda siz hansısa avtomobili ən yaxşı halda təqdim edərək onu
müştəriyə satmağı düşünmürsünüz. Siz artıq düşünməyə başlayırsınız ki, bu texnologiyalar vasitəsilə müştəriyə nəticələr,
xidmətlər və qərarları satırsınız” – deyə Marco Annunziata bildirib. Gələcəkdə
sizin soyuducunuz əvvəlki kimi qidalarınızı soyuq şəraitdə saxlayacaq. Lakin
soyuducunu istehsal edən şirkəti seçən zaman siz o soyuducunu seçəcəksiniz
hansı ki, sizin qida seçimləriniz haqqında dəqiq məlumatları verəcək. Beləliklə
qidaları soyuq şəraitdə hansı soyuducunun yaxşı saxlaması özəlliyi arxa plana
keçəcək. Siz cihazları onlardan hansıların daha yaxşı sistem əməliyyatı ilə təchiz
olunduqlarına görə seçəcəksiniz. Gündəlik həyatımızda istifadə etdiyimiz
obyektləri istehsal edən bir biznes üçün bu nə deməkdir? Annuziata-nın fikrincə
insanlar yeni nəsil avtomobilləri istehsal edən zaman onların indiki zamanda
yetirdikləri funksiyaları nəzərə alacaqlar. Lakin ən vacib yenilik onadan ibarət
olacaq ki, biz avtomobillərə elə əməliyyat sistemləri quraşdıracağıq ki, onlar
daha çox funksiyaları yerinə yetirsinlər. Beləliklə fiziki obyektləri hər il
yeniləmək problemi ortadan qalxacaq. Təsəvvür edin ki, bir gün siz işə hər
hansı bir avtomobil vasitəsilə gedirsiniz və avtomobilinizi qarajda saxlayırsınız.
Növbəti gün isə yenilənmiş sistem əməliyyatı hesabına sizin avtomobiliniz
avtopilot rejiminə keçərək sizi iş yerinizə özü aparacaq. Bu cür avtomobillər
alındığından bir il sonra belə köhnəlməyəcəklər. Onlar əməliyyat isteminin
yenilənməsi hesabına həmişə diqqət mərkəzində qalacaqlar. Təbii ki, bu cür
mühitin biznes modeli hələki tam aydın deyil. Lakin biz artıq təsəvvür edə bilərik
ki, bizim sıx əlaqəli gələcəyimiz necə olacaq.
Paylaş
Bənzər xəbərlər