Gələcəyin nəqliyyat növü: Sərnişinlərin iştirakı ilə Hyperloop texnologiyasının ilk testi keçirilib

Gələcəyin nəqliyyat növü: Sərnişinlərin iştirakı ilə Hyperloop texnologiyasının ilk testi keçirilib

Texnologiya
09.11.2020 PAYLAŞIM

    Aerodinamik kapsullar vasitəsilə sərnişinlərin vakuum tuneldə saatda 1000 km sürətlə daşınması ideyasını ilk dəfə Elon Musk 2013-cü ildə təqdim etmişdi. Həmin vaxtdan indiyənə kimi Hyperloop texnologiyası üzrə bir sıra şirkətlər yaradılıb. Onlardan biri olan Virgin Hyperloop şirkəti isə bu nəqliyyat növünün real sərnişinlərin iştirakı ilə keçirilmiş test nəticələrini təqdim edib. Bu barədə The Verge saytı xəbər verib. Keçirilmiş test uzunluğu 500 metr və diametri 3.3 metr olan DevLoop adlı təcrübi tuneldə reallaşdırılıb. Bu təcrübi tunel Las Veqas yaxınlığında yerləşir.


    Şirkətin bu yeni nəqliyyat növünün ilk sərnişinləri qismində isə Virgin Hyperloop şirkətinin texniki direktoru Josh Giegel və şirkətin sərnişinlərə xidmət şöbəsinin rəhbəri Sara Luchian çıxış ediblər. Sərnişinlər üçün nəzərdə tutulmuş Pegasus adlı kapsul DevLoop tunelinə yerləşdirildikdən sonra tuneldə olan hava tamamilə çıxarılıb. Vakuum texnologiyası sayəsində kapsul hərəkətdə olarkən kənar hava axınları ona tam təsir etmir. Sərnişinlərin iştirakı ilə keçirilmiş ilk Hyperloop səyahəti saatda 160 km sürətlə reallaşdırlıb.

    Şirkət rəhbərliyinin sözlərinə əsasən sözügedən testin uğurla yekunlaşması bu nəqliyyat növünün perspektivli olduğundan xəbər verir. Pegasus adlı sərnişin kapsulu 2.5 ton ağırlığında olan və 23 nəfər sərnişini daşıya bilən daha böyük kapsulun kiçik versiyasıdır. Skeptik insanların fikirlərinə əsasən bu texnologiyanın perspektivləri şübhəlidir. Belə ki, bu cür nəqliyyat növünün inşası və xidməti külli miqdarda vəsait tələb edir. Bununla yanaşı Hyperloop nəqliyyat növü marşrut istiqamətləri üzrə məhdudlaşdırılıb. Hyperloop nəqliyyat növünün kommersiya məqsədli istifadəsinə nə zaman start veriləcəyi barəsində bir məlumat təqdim olunmayıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nəyə görə Qualcomm yeni prosessorunu Snapdragon 875 deyil Snapdragon 888 adlandı..

Son illər ərzində biz öyrəşmişik ki, Qualcomm-un flaqman Snapdragon prosessorları 8x5 kimi adlandırı..


Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki öz..

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun ..


Qualcomm şirkəti 5 nanometrlik Snapdragon 888 prosessorunu anons edib

Dünən Qualcomm tərəfindən keçirilmiş Tech Summit Digital 2020 tədbirinin ilk günündə şirkət Snapdrag..


Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdi..

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign..


Gələn ildən smartfonların qutularında cihazların təmir olunma mümkünlüyü reytinq..

Zəmanət müddətinin bitməsindən sonra smartfonun təmir olunması prosesi bir sıra qəliz nüanslardan ib..


Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdi..

Artıq sabah Qualcomm şirkəti özünün Snapdragon Tech Summit 2020 tədbirini keçirdəcək.

×