
Gələn Apple hansı kompüterlərini təqdim edəcək?
Elm & Texnologiya
24.07.2023
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman keçən həftə bildirmişdi ki, Apple şirkəti bu ilin oktyabr ayında M3 prosessoruna sahib ilk cihazlarını təqdim edəcək. Çox güman ki, söhbət, 13 düym ekrana sahib MacBook Pro ilə MacBook Air və 24 düym ekrana sahib iMac-dan gedir. İndi isə insayder 2024-cü ildə hansı məhsulların təqdim ediləcəyi barəsində məlumat verib. Beləliklə insayder bildirib ki, M3 prosessoruna sahib 13 düym ekranlı MacBook Pro-nun bu il təqdim ediləcəyi halda, 14 və 16 düym ekranlı MacBook Pro yalnız gələn il təqdim olunacaq.
Gözləntilərə əsasən gələn il təqdim ediləcək MacBook Pro modelləri M3 Pro və M3 Max prosessorlarına sahib olacaqlar. İnsayder həmçinin qeyd edib ki, gələn ilin sonuna yaxın şirkət M3 prosessoruna sahib Mac mini kompüterini təqdim edəcək. M3 adlı yeni prosessoruna gəldikdə isə o, 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq və bu da öz növbəsində onun ümumi performansı ilə enerji effektivliyini yüksəldəcək.
Paylaş
Bənzər xəbərlər