main-post-cover

    Gələn ay təqdim olunacaq iPhone modellərinin adları ortaya çıxdı

    Elm & Texnologiya
    13.08.2019
    Farid Pardashunas
        Gələn ayın ortasında Apple şirkəti yeni iPhone modellərini təqdim edəcək. İnsayderlər və jurnalistlər təqdim ediləcək yeni iPhone seriyasını iPhone 11 adlandırıblar. Lakin insayderlərdən biri təqdim olunacaq iPhone modellərinin əsl adlarını öyrənib. Bu barədə 4pda saytı xəbər verib. Hələ 1 il bundan öncə CoinX ləqəbli insayder iPhone XS, XS MaxXR modellərinin adlarını tam dəqiqliklə təqdimatdan bir ay öncə bildirmişdi.
        İndi isə həmin hadisə yenidən təkrarlanıb. İnsayderin verdiyi məlumata əsasən Apple bu il 3 iPhone modeli təqdim edəcək və onlar iPhone 11, iPhone 11 ProiPhone 11R adlanacaqlar. Əgər bu məlumat həqiqətən də düzdürsə deməli Apple şirkəti öz smartfon modellərinin adlarında qədim Roma rəqəmlərinin istifadəsindən imtina edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər