main-post-cover

    Gələn il 'Samsung' şirkəti yeni Galaxy Z seriyasını təqdim edəcək

    Elm & Texnologiya
    26.12.2017
    Farid Pardashunas
    Science and Knowledge adlı mənbənin verdiyi məlumata əsasən 2018-ci ildə “Samsung” şirkəti Galaxy Z seriyasını təqdim edəcək.

    Mənbənin məlumatına əsasən Galaxy Z demək olar ki, nəzərə çarpmayan nazik çərçivələr, Gorilla Glass 6 qoruyucu şüşə və IP68 standartlı sudan və tozdan qorunma özəlliyinə sahib korpusla təchiz olunacaq. Bundan əlavə olaraq smartfon Super AMOLED QHD+ ekran, Snpadragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib olacaq.

    Güman olunur ki, smartfon f/1.4 diafraqmalı 16 MP-lik ikili arxa və 12 MP-lik ön kameranı özündə birləşdirəcək. Galaxy Z Super Fast Charge sürətli enerji yığma funksiyasına sahib 3600 mAh enerji tutumlu batareya sayəsində çalışacaq. Yeni sürətli enerji yığma funksiyası sayəsində smartfon 60 dəqiqədən az bir vaxt ərzində tam şarj oluna biləcək. Mənbənin məlumatlarına əsasən bu smartfon gələn ilin Avqust və ya Sentyabr ayında 850$ qiymətində satışa çıxacaq. Lakin qeyd etmək lazımdır ki, haqqında məlumat verilmiş bu smartfon modeli əslində Fevral ayında təqdim olunacağı gözlənilən Galaxy S9 da ola bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər