
Gələn il təqdim olunacaq Snapdragon 8 Gen 4 prosessoru barəsində yeni məlumatlar verilib
Elm & Texnologiya
22.05.2023
Emil
Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin gələn il təqdim edəcəyi Snapdragon 8 Gen 4 prosessoru barəsində yeni məlumatı təqdim edib. İnsayderin sözlərinə əsasən Qualcomm sözügedən prosessorda ARM Cortex nüvələrindən imtina edəcək və onları özünün Oryon adlı nüvələri ilə əvəz edəcək. Gözləntilərə əsasən Snapdragon 8 Gen 4 prosessoru özündə 2 ədəd yüksək performanslı nüvəni və 6 ədəd enerji effektivliyi nüvəsini birləşdirəcək.
Qeyd etmək lazımdır ki, nüvələrin bu cür konfiqurasiyası Apple A Bionic prosessorlarında istifadə edilir. Nüvələrin bu cür konfiqurasiyası sayəsində Qualcomm öz gələcək flaqman prosessorunun çox nüvəli performans göstəricilərini yüksəldə biləcək. Son məlumat sızıntılarına əsasən Snapdragon 8 Gen 4 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
