main-post-cover

    Gələn il Xiaomi'nin 285$'dan yuxarı bütün smartfonları 5G dəstəyini ldə edəcəklər

    Elm & Texnologiya
    18.11.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin rəhbəri Lei Jun, 2019 China Mobile Global Partner Conference tədbirində çıxış edən zaman bildirib ki, şirkət 5G dəstəkli smartfonların hazırlanması və inkişaf etdirilməsini özü üçün əsas məqsəd kimi təyin edib. Hal hazırda 5G şəbəkə dəstəyinə daha çox flaqman smartfon modelləri sahib olsalar da gələn il Xiaomi şirkəti bu vəziyyəti dəyişəcək. Bu barədə Gizchina saytı xəbər verib.
        Şirkət rəhbərinin sözlərinə əsasən gələn il Xiaomi-nin 285$ qiymət göstəricisindən yuxarı olacaq bütün smartfonları 5G dəstəyini əldə edəcəklər. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət budnan öncə şirkət söz vermişdi ki, o, gələn il 10-a yaxın bu cür smartfonu satışa çıxardacaq. Çox güman ki, gələn il şirkətin 5G dəstəkli ilk büdcəli smartfonu məhz Redmi K30 modeli olacaq. Belə ki, smartfonun 5G çipə sahib MediaTek prosessoru ilə təchiz olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər