Gələn ilin əvvəlində Google şirkəti 2 yeni smartfon modeli təqdim edə bilər

08.11.2018 0 PAYLAŞIM 116 OXUNMA

    Gələn ilin əvvəlində Google şirkəti iki cihaz təqdim edə bilər. Bu barədə AndroidPolice saytı xəbər verib. Saytın verdiyi məlumata əsasən şirkətin yeni cihazları Bonito Sargo kod adlarına sahibdirlər. Sargo kod adına sahib cihaz barəsində məlumatlar ilk dəfə ortaya çıxırsa, Bonito kod adına sahib cihaz barəsində məlumatlar hələ Google Lens tətbiqinin yenilənməsində aşkar edilmişdi. Sözügedən cihazlar barəsində məlumatlar şirkətin ARCore platformasında aşkar edilib.

    Bu platforma artırılmış reallıq özəllikli mobil tətbiqlər üçün nəzərdə tutulub. Məhz həmin platformanın siyahısında Bonito və Sargo kod adına sahib cihazlar dəstəklənənlər siyahısında idilər. Güman olunur ki, Bonito kod adına sahib cihaz nəticə etibarilə Pixel 3 smartfon modelinin daha sadələşdirilmiş versiyası olacaq və Snapdrgon 710 prosessoru ilə təchiz olunacaq. Sargo kod adına sahib smartfon barəsində isə məlumat çox azdır. Çox güman ki, o, şirkətin Pixel seriyasına aid olmayan ayrıca bir smartfon modeli olacaq.