
Gələn ilki Apple Watch-da hansı dəyişikliklər olacaq?
Elm & Texnologiya
14.08.2023
Emil
Bloomberg saytının məşhur insayderi Mark Gurman gələn il təqdim olunacaq Apple Watch Series 10 smart saatı barəsində məlumatlar verib. İnsayderin sözlərinə əsasən gələn ay təqdim olunacağı gözlənilən Apple Watch Series 9 smart saatında ciddi dəyişikliklər olmasa da, şirkət gələn ilki Apple Watch Series 10 üçün müəyyən dəyişiklikləri planlaşdırır. Məlumata əsasən Apple Watch Series 10 diqqət çəkəcək redizaynı əldə edəcək. Əsas yenilik kəmərin smart saat gövdəsinə bərkidilməsi üsulu ilə bağlı olacaq.
Belə ki, insayderin sözlərinə əsasən Apple Watch Series 10-da kəmər smart saatın gövdəsinə maqnit vasitəsilə bərkidiləcək. Bu isə öz növbəsində smart saat gövdəsinin qalınlığını azaltmağa imkan verəcək. Üstəlik gələn ilki smart saat AMOLED əvəzinə micro-LED ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, AMOLED-dən fərqli olaraq micro-LED daha yüksək parlaqlığa və daha az enerji sərfiyyatına sahibdir. Apple Watch Series 10-da gözlənilən daha bir yenilik qan təzyiqinin ölçülməsi imkanıdır. İnsayder əlavə edib ki, gələn ay təqdim olunacaq Apple Watch Series 9 modeli hal hazırda aktual olan Apple Watch Series 8 modelindən yalnız yeni və sürətli prosessorla fərqlənəcək.
Paylaş
Bənzər xəbərlər