Gələn ilki iPad Pro rekord göstəricidə daxili yaddaş həcminə sahib olacaq

Gələn ilki iPad Pro rekord göstəricidə daxili yaddaş həcminə sahib olacaq

Texnologiya
04.09.2023 PAYLAŞIM

    Son məlumatlara əsasən Apple şirkəti OLED ekranlı ilk iPad Pro planşetini gələn il təqdim edəcək. Ortaya çıxmış yeni məlumata əsasən isə bu cür iPad Pro modeli böyük yaddaş həcminə sahib versiyada da satışa çıxacaq. Hal hazırda aktual olan iPad Pro modeli mini-LED ekranla təchiz olunur və maksimum 2 TB daxili yaddaş həcmini təklif edir. Yeni məlumatda isə qeyd edilib ki, gələn il təqdim olunacaq yeni iPad Pro modeli OLED ekran ilə təchiz olunmaqla yanaşı həmçinin 4 TB daxili yaddaş həcmini özündə birləşdirəcək. Bu cür böyük həcmli daxili yaddaşa sahib iPad Pro-nun hansı qiymətə satılacağı bilinmir. Hal hazırda aktual olan iPad Pro-nun 2 TB yaddaşa sahib versiyası LTE dəstəyinə sahib olub-olmamasından asılı olaraq 1900-2400$-a başa gəlir.




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×