
Gənc oğlan Stiv Cobs-un portretini qeyri-adi şəkildə hazırladı
Elm & Texnologiya
07.05.2017
Farid
Ukraynalı tələbə Aleksandr Lutsyuk kubik rubikdən Stiv Cobs-un (Steve Jobs) portretini hazırlayıb. Öz əl işini o iPhone 7-nin satışa çıxmasına həsr edib.
Bu günlərdə Lvov-da kubik rubikin tez yığılması üzrə
çempionat keçirilib. Yarışda Ukraynadan olan yüzlərlə gənc iştirak edib. "Kubik
Rubikdən Mozaika” nominasiyası üzrə 20 yaşlı ukraynalı tələbə Aleksandr Lutsyuk
qalib gəlib. "Technote.az”ın "Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən
Aleksandr portreti 90 dəqiqəyə ərsəyə gətirib. Portretin hazırlanması üçün 432 kubik
rubik lazım olub. "Apple-ın yeni smartfonu satışa çıxanda düşündüm ki, kubik
rubikdən Stiv Cobs-un portretini hazırlamaq heçdə pis olmaz. Bəli etiraf edirəm
ki, Stiv Cobs pərəstiş etdiyim insandır və o mənim motivasiya mənbəyimdir. Onun
bioqrafiyasını oxuyandan sonra anladım ki, sənin kim olduğun və hansı maddi
duruma malik olduğun önəmli deyil. Önəmli olan öz məqsədinə dayanmadan irəliləməkdir”
– deyə Aleksandr bildirib. Portreti yaratmaq Aleksandr üçün heçdə çətin
olmayıb. Belə ki, o bu işlə artıq çoxdandır ki, məşqul olur.
Paylaş
Bənzər xəbərlər