General Motors şirkəti elektrikli Hummer pikapını satışa çıxardacaq

General Motors şirkəti elektrikli Hummer pikapını satışa çıxardacaq

Texnologiya
11.01.2020 PAYLAŞIM

    General Motors şirkəti 2022-ci ildə Hummer markalı avtomobillərin satışlarını bərpa edəcək. Lakin bu dəfə Hummer markalı avtomobil tamamilə elektrikləşdirilmiş olacaq. Elektrikli Hummer-in digər texniki özəllikləri barəsində hələ məlumat yoxdur. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Qeyd etmək lazımdır ki, General Motors şirkəti Hummer markalı avtomobillərin istehsalını 2010-cu ildə dayandırmışdı.

    Ola bilər ki, elektrikli Hummer modeli məhdud sayda satışa çıxsın. Pikap Hummer modeli General Motors şirkətinin növbəti illərdə satışa çıxartmağa planlaşdırdığı bir sıra elektrikləşdirilmiş pikap modelləri arasında ilklərdən olacaq. Məlumata əsasən şirkət ayrıca Hummer markasını bərpa etmək niyyətində deyil.

    Bunun yerinə bu marka GMC-nin (General Motors-un brendi) avtomobil modellərindən biri olacaq. Qeyd etmək lazımdır ki, GMC isə öz növbəsində yük maşınları və off-road avtomobillərin istehsalı ilə məşğul olur. Məlumatda qeyd olunub ki, elektrikli Hummer modelinin reklam olunması üçün General Motors məşhur baketbolçu Lebron James-i işə cəlb edib. Məlumata əsasən elektrikli Hummer-in ilk reklam videosu artıq gələn ay təqdim ediləcək. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Apple AirDrop texnologiyasının Google-dan olan analoqunun videosu ortaya çıxıb (..

Son aylarda internetdə Android əməliyyat sistemli smartfonlar arasında faylların ötürülməsi funksiya..


LG şirkəti LG G flaqman smartfon seriyasından imtina edə bilər

Bu ay Las Veqasda keçirilmiş CES 2020 sərgisində LG şirkətinin rəhbəri qeyd etmişdi ki, LG şirkəti m..


Qatlana bilən Motorola RAZR smartfonunun daha bir versiyası hazırlanır

Qatlana bilən Motorola RAZR smartfonu hələ satışa çıxmayıb, lakin şirkət artıq onun daha bir versiya..


Qatlana bilən Galaxy Fold 2 barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti bu il 3 ədəd yeni qatlana bi..


Motorola Edge+ flaqman smartfon modelinin ilk render fotosu təqdim olundu

Bir neçə gün bundan öncə biz xəbər vermişdik ki, Motorola şirkəti Edge+ adlı flaqman smartfon modeli..


AMD, notbuklar üçün ən güclü prosessorları istehsal edir: Ryzen 7 4800 H vs İnte..

AMD, yeni Ryzen 4000 ailəsini notbuklara gətirir. Testlərə görə i7-9700K prosessorlarından daha gücl..