main-post-cover

    'General Motors' şirkəti pedalsız və sükansız avtomobil yaradır (VİDEO)

    Elm & Texnologiya
    13.01.2018
    Emil Nəcəfov
    “General Motors” şirkətinin Cruise adlı nəqliyyatı standart idarəetmə vasitələrinə sahib olmayan ilk pilotsuz avtomobil seriyası olacaq.
    Beləliklə şirkət pedala və sükana sahib olmayan avtopilot sistemli avtomobili 2019-cu ilə kimi yaratmağı planlaşdırır. Bu barədə Recode saytı xəbər verib. Şirkət ABŞ hökumətindən 4-cü nəsil Cruise avtomobilini 2019-cu ildə yollarda istifadəsi üçün icazə alıb. Pilotsuz avtomobil 21 radar və 16 videokamera ilə təchiz olunub. Onun daxilində isə 5 sərnişin oturacağı var.

    Avtomobili mobil tətbiqi və avtomobilin daxilində olacaq xüsusi ekranlar vasitəsilə idarə etmək olacaq. Fövqəladə vəziyyətlərdə avtomobildə OnStar adlı avtomatik sistem işə düşür. Məsələn yol qəzasının baş verdiyi halda əgər sərnişinlər cavab vermirlərsə, bu sistem avtomatik olaraq avtomobilin GPS məlumatlarını xilasedici qruplara göndərə bilər. Şirkət avtomobilin istehsal tarixini və onun qiyməti barəsində heç bir məlumat verməyib.

    Linki kopyala