Logo
    main-post-cover

    GIF sevənlər üçün Giphy Cam artıq Androiddə

    Android istifadəçilərinin çoxdandı yolunu gözlədiyi Giphy Cam tətbiqi sonunda istifadəyə verildi. Bu tətbiqlə istədiyiniz vaxt GIF yarada bilərsiniz

    iOS üçün 14 ay əvvəl çıxan bu tətbiq Android istifadəçiləri üçün də artıq istifadəyə verilib.

    Giphy Cam-ın xüsusiyyətləri

    Engadget-in yayımladığı xəbərə görə asanlıqla GIF götüntülər yarada biləcəyiniz, müxtəlif filtrlər, mətnlər, emosiyalar əlavə edəcəyiniz tətbiq bəzi xüsusiyyətlərinə görə əksiklik təşkil edir. Belə ki, iOS versiyasında mövcud olan videodan GIF düzəltmə xüsusiyyəti təəssüf ki, Androiddə yer almır. Bir digər tərəfdən Giphy, bu xüsusiyyətin və yeni gerçəklik payının üstünlük təşkil etdiyi versiyasını önümüzdəki aylarda təqdim etməyə hazırlaşır.
     

    GIF görüntülərinin Instagram-ı adlandırılan Giphy-nin Androiddə yer alması sevindiricidir.

    Android 5.0 və ondan sonrakı versiyaları dəstəkləyən Giphy Cam tətbiqinin son versiyası Google Play Store-da mövcuddur. Tətbiq 74MB təşkil edir. Tətbiqi burdan yükləyə bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər