main-post-cover

    GitHub servisinin mobil tətbiqi istifadəyə verildi

    Elm & Texnologiya
    18.03.2020
    Farid Pardashunas
        Microsoft şirkətinə məxsus olan məşhur GitHub servisinin iOS Android əməliyyat sistemləri ilə çalışan smartfonları üçün rəsmi mobil tətbiqi istifadəyə verildi. Artıq tanış olan proqram təminatı sayəsində tərtibatçılar öz evlərindən çıxmadan və kompüter arxasında olmadan da smartfondakı GitHub tətbiqində layihələrini idarə edə və tapşırıqlarını öncədən planlaya bilərlər. Bu barədə The Verge saytı xəbər verib. GitHub-ın mobil tətbiqi GitHub-dakı layihələrin idarəsi imkanını verir.
        Beləliklə istifadəçi aşkar edilmiş buglar barəsində mesajları oxuya, tapşırıqları yarada, repozitoriyalarda README fayllarını aça, şərhlərə smayliklər ilə cavab verə və kodları incələyə bilər. Tətbiqin yeganə mənfi özəlliyi ondan ibarətdir ki, onun vasitəsilə kodları redaktə etmək mümkün deyil. Tərtibatçılar qeyd ediblər ki, GtHub-ın mobil versiyası avtomatik şəkildə smartfon və ya planşetin ekran ölçüsünə əsasən istifadəçi üçün rahat ölçüdə işə düşəcək.Tətbiqi artıq Google PlayApp Store-dan yükləmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər