
Gizli olsa da "Apple" hələ də "Samsung"la əməkdaşlıq edir!
Elm & Texnologiya
07.05.2017
Farid
"Apple"ın yeni iPhone 7 seriyası telefonlarının RAM-ı "Samsung" şirkəti tərəfindən istehsal olunur
Bildiyiniz kimi iPhone və Galaxy S/Note seriyası ilə illərdir bir-birləri ilə rəqabət aparan "Apple" və "Samsung" hər nə qədər
bir-birlərinə qarşı çıxış etsələr də, digər tərəfdən əməkdaşlıq da edirlər.
Xatırladaq ki, əvvəlki illərdə prosessorlarını "Samsung"a həvalə edən "Apple", bu
il bu işi yalnız "TSMC"ı ilə aparacağını açıqlamışdı. Bundan sonra "Apple"ın "Samsung"la ortaq işi qalmadığı düşünülsə də, iFixit-in etdiyi açıqlamada bunun
belə olmadığı ortaya çıxdı.
Belə ki, iFixit-in verdiyi məlumata əsasən "Apple"ın
yeni model iPhoe 7 seriyasında yer alan 2 GB RAM məhz "Samsung" tərəfindən
istehsal olunur. Bundan əlavə "Apple" modemlərini "Intel"dən tədarük edərkən,
cihazlarının saxlama sahəsini təşkil edən 128 GB-lık yaddaşları isə "Hynix" adlı
istehsalçıdan alır.
Paylaş
Bənzər xəbərlər