Logo
    main-post-cover

    Gliese 438b planetinin xüsusiyyətləri.

    Gliese 438b - planet öz qəribə xüsusiyyəti ilə seçilir. Gliese 438b Yer kürəsindən 22 dəfə ağır olmaqla yanaşı həmdə çox isti planetdir. Bu obyektin səthindəki temperatur 400 dərəcə təşkil edir. Lakin ən maraqlısı ondadır ki, belə temperaturun olmasına baxmayaraq planetin səthi adi sudan ibarət olan buzlaqlar ilə örtülüdür. Daha bir qəribə xüsusiyyət isə ondadır ki, həmin buzlaqlar çox istidir. Əgər siz ona toxunsanız ağır yanıq izləri alacaqsınız. Belə ki, o buzlaqların temperaturu 300 dərəcəyə çatır. Kimsə fikirləşə bilər ki, sözügedən planetdə su fiziki qanunları pozur. Lakin bu belə deyil. Sadəcə olaraq suyun çox və planetin çəkisinin böyük olması səbəbi ilə qravitasiya qüvvəsi bütün bu xüsusiyyətləri nüvəyə tərəf çəkərək su molekullarını o qədər sıx vəziyyətdə bir yerə yığır ki, onlar buxarlana bilmirlər. Nəticədə yüksək temperatura malik buzlaqlar yaranır.
    Paylaş
    Bənzər xəbərlər