Logo
    main-post-cover

    Gömrükçülər avtomobildə gizlədilmiş mobil telefonlar aşkar edib

    Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Xanoba" gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.
    Technote.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, həmin nəqliyyat vasitəsindən 17 ədəd iPhone X markalı mobil telefonlar, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı 1 ədəd beşbarmaq aşkar olunub.
    Faktla bağlı araşdırma aparılır.
    Paylaş
    Bənzər xəbərlər