main-post-cover

    Google I|O 2020 tədbirinin keçirilmə tarixi məlum oldu

    Elm & Texnologiya
    24.01.2020
    Farid Pardashunas
        Google şirkətinin CEO-su Sundar Pichai öz Twitter hesabında şirkətin növbəti Google I/O tədbirinin keçirilmə tarixini açıqlayıb. Beləliklə Sundar Pichai-nin verdiyi məlumata əsasən Google I/O 2020 tədbiri 12-14 may tarixlərində baş tutacaq. Tədbir ənənəyə sadiq qalaraq Kaliforniyada keçiriləcək. Təbii ki, tədbirin əsas gözlənilən hadisəsi yeni Android versiyasının təqdimatı olacaq.
        Söhbət, Android 11-dən gedir. Yeni Android versiyası barəsində hələ heç bir məlumat yoxdur. Lakin məlumdur ki,şirkət Android 11-i artıq Google Pixel 4 smartfonunda test edir. Yeni Android versiyasından əlavə olaraq Google I/O 2020 tədbirində həmçinin büdcəli Pixel 4aPixel 4a XL smartfon modellərinin təqdim edilməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər