
Google, Android R (11)-i Pixel 4 telefonunda test edir: Geekbench nəticələri
Elm & Texnologiya
20.01.2020
Nijat
Google, Android 11 (R) sistemi üzərində bir müddətdir ki, işlərə başlayıb. Kiçik-kiçik yeniliklər barədə sizlərə mümkün olduğu qədər xəbərlər çatdırmağa çalışırıq. Bu səfər isə Geekbench platformasının data serverlərində Android R (11) ilə işləyən Pixel 4 smartfonunun nəticələri aşkarlandı.
Android R istifadə edən Pixel 4-un Geekbench nəticələri Android 10-dan fərqlənmir.

Nəticələrdən göründüyü kimi Google, yeni əməliyyat sistemini Android R olaraq adlandırıb. Lakin bilinən məlumatlar üzrə Google artıq sadəcə rəqəmlər istifadə edərək android versiyalarını göstərəcəkdi. Android 11 ilə bağlı çox az məlumatımız var. Belə ki, bu sistem ilə telefon kameraları 4 Gb həcmindən daha çox həcmə malik videolar çəkə biləcəklər. Həmçinin compose/mux adındakı fayl həcminin limitlənməsi də aradan qalxacaq. Nəzərə alsaq ki, Google yaxın zamanlarda Android 11-in tərtibatçı betalarını yayımlayacaq, onda artıq yeni əməliyyat sistemi haqqında məlumatlar əldə edəcəyik. Final stabil versiya adətən Avqust ayında yayımlanır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
