"Google", "Apple"ı öz silahı ilə vurub iPhone istifadəçilərini özünə çəkməyə çalışır
Elm & Texnologiya
07.05.2017
Farid
Google bütün telefon bazarını ələ almaqda iddialıdır
"Google", Pixel telefonları ilə yalnızca Samsung cihazlarını deyil, iPhone-lara da ciddi alternativ olmaqda niyyətlidir.
Apple-ın Android istifadəçilərinin iPhone-a keçmələri üçün hazırladığı istifadə
kitabçasının oxşar variantını "Google", madeby.google.com üzərindən yayımlayıb. Burda iPhone istifadəçilərinin Pixel-ə necə keçid edəcəkləri
göstərilir.
"Google"un təlimatlarına görə iPhone və iPad istifadəçiləri Quick Switcher adındakı adaptoru istifadə edərək Pixel-ə bağlana biləcəklər. Bunun üçün iPhone
və iPad-də iOS 8 olması vacib şərtdir. Bu əməliyyatdan əvvəl iMessage-nin
bağlanması gərəkdiyini bildirən "Google", "Apple"ın qeydləri silmək üçün istifadə
etdiyi vasitəyə qoşulur. Bununla göndərilən mətnlərin silinməsinin önünə
keçilir. Sonra isə Google hesabınızla qeydiyyatdan keçib məlumatlarınızı yeni
telefonunuza (Pixel) köçürürsünüz.
Bu yeniliklə "Google", "Apple" da başda olmaqla
digər telefon istehsalçılarına açıq mesaj göndərir.
Paylaş
Bənzər xəbərlər