
Google artıq flash dövrünə son qoyur
Elm & Texnologiya
07.05.2017
Farid
Internetdə uzun müddət öz
varlığını qoruyub saxlamış flash məzmunları artıq HTML5 ilə əvəz olunmağa
başlayır Bunun əsas səbəbi isə artıq HTML5-in daha da geniş yayılması və o
cümlədən, mobil platformada üstünlüyü ələ almasıdır. Həm də flash-in uzun müddətdir
yenilənməməsi bir çox internet saytlarının ondan üz döndərmələrinə səbəb olub. Amma
buna baxmayaraq, flash bir çox brauzerlər tərəfindən aktuallığını itirməmişdi.
Artıq ən böyük brauzerlərdən olan "Google" da yaxın zamanlarda yenilənmələrlə
birgə Chrome platformasında flash dəstəyini götürəcəyini və bunun yerinə dekabr
ayında Google Chrome-un HTML5 məzmunlara yönələcəyini bildirib. Düzdür
yaşadığımız dövrdə flash əsaslı xidmətlər qalmasa belə Google-un bəzi
xidmətləri flash əsaslı işləyirdi. "Youtube" başda olmaqla Google xidmətlərinin
də HTML5-ə keçid etməsi, flash dövrünün sonunun gəldiyinə işarədir.
Paylaş
Bənzər xəbərlər