"Google" bir YouTube videosu vasitəsilə, uyğun Android Marshmallow və Nougat cihazlarında Google Assistantın geniş formada yaymağa başlandığını açıqladı. Şirkət, ilk olaraq bu həftənin əvvəllərində keçirilən Mobil Dünya Konqresi tədbirində Google Assistantın daha geniş kütləyə yaymağı planladıqlarını açıqlamışdı. Bu yeniliyin ilkin istifadəçiləri Amerika Birləşmiş Ştatları ilə yanaşı Kanada, İngiltərə və Almaniyadakı Android istifadəçiləri olacaq. Yenilik cihazınıza yükləməli olacağınız hər hansısa bir tətbiqetmə vasitəsilə olmayacaq. Əvəzində isə, Google Play Service-ə gələcək yeniləmə ilə funksionallığın artırılacağı bildirilir. Beləliklə, Google Play Store-da bu yeniləmənin aktiv olduğunu görsəniz, eyni zamanda Google Assistantdan da istifədə edə biləcəyinizi düşünə bilərsiniz.
Google hələ ki bu yenilənməyə uyğun olan cihazların siyahısını açıqlamayıb. Şirkət sadəcə səsli axtarış funksiyasının əvəzinə, Google Assistantın xidmətindən"yüz milyonlarla Android istifadəçisinin" yararlana biləcəyini deyib. Google Assistantın yeni və daha da yaxşılaşdırılmış funksiyalar ilə gələcəyinə baxmayaraq, köhnə interfeysə olduqca yaxın olacaq. Yeniləmədən sonra Google Assistantdan istifadə etmək üçün "Home" düyməsini sıxıb biraz gözləmək kifayət edəcək.