main-post-cover

    Google axtarış sistemi müxtəlif nöqteyi nəzərləri əhatə edən axtarış nəticələrini təqdim edəcək

    Elm & Texnologiya
    09.03.2021
    Farid Pardashunas
        Google Search servisinin yeni funksiyası sorğu üzrə axtarılan mövzu barəsində daha dolğun məlumat təqdim edəcək. Axtarış sisteminin baş səhifəsində adi linklərin yerinə axtarılan mövzu barəsində materiallar xronoloji qaydada təqdim olunmaqla yanaşı müxtəlif mənbələrin fikirlərini də əhatə edəcəklər. Google şirkətinin axtarış sisteminin süni zəka alqoritmi insanları, məkanları və obyektləri baxış tarixçəsi ilə əlaqələndirə bilir. Bununla belə axtarış sisteminin yeni mühərriki məqalələri hadisələrin gedişatına uyğun olaraq süjet xətlərinə birləşdirir. Axtarış üçün məlumatın qeyd edilməsindən sonra nəticələr səhifəsinin aşağı hissəsində əsas axtarış nəticələri ilə birlikdə More News düyməsi olacaq.
        Həmin düyməyə klikləyəndən sonra istifadəçi axtarılan mövzu barəsində müxtəlif nöqteyi nəzərləri əhatə edən məlumatları əldə edəcək. Google bildirib ki, yenilənmədən sonra sistem Google News-dan fərqli olaraq daha geniş və sistemləşdirilmiş axtarış nəticələrini təqdim edir. Belə ki, yeni sistem aktual olan mövzunu uzun müddət əhatə edən məlumatları təqdim edə bilir. Sistem tərəfindən təklif olunan məlumatlar heç cür personallaşdırılmayıb və konkret istifadəçiləri əhatə etmir. Hamı eyni məlumat xəttini görür. Mobil cihazlar vasitəsilə yeni geniş axtarış sistemi artıq ABŞ-da aktivdir və yaxın aylarda bütün dillərdə digər ölkələrin istifadəçiləri üçün də aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər