Google axtarış sistemində dəyişiklik: Bu saytlar axtarış nəticələrində önə çıxacaqlar

Google axtarış sistemində dəyişiklik: Bu saytlar axtarış nəticələrində önə çıxacaqlar

Texnologiya
29.05.2020 PAYLAŞIM

    Google axtarış sistemi yaxın zamanda axtarış nəticələrində səhifələrin seçimi alqoritmində dəyişikliklər edəcək. Belə ki, bundan sonra axtarış nəticələrində çıxacaq səhifələrin linklərinə təkcə açar sözlər deyil həmçinin saytın rahatlığı da təsir göstərəcək. Saytın rahatlığı isə istifadəçilərin daxil olduqları müxtəlif veb resursların istifadəçi təcrübəsinə əsaslanacaq. Bu barədə XDA-Developers saytı xəbər verib.

    Google şirkətinin təmsilçiləri qeyd ediblər ki, onlar axtarış sorğusunda ortaya çıxan resursların mövqelərinə təsir faktoru kimi saytların rahatlıqlarını da nəzərə alacaqlar. Şirkət əsasən səhifənin yüklənmə sürətini, interaktivliyini, səhifə daxilindəki kontentin stabilliyini, saytın mobil versiyasının dəstəyinin olub-olmamasını, HTTPS-i, saytda olan reklam saylarını və sayt daxilindəki kontentə baxışın təhlükəsizliyini qiymətləndirməyi planlaşdırır.


    Məsələn istifadəçi hər hansı bir sayt daxilində planlaşdırmadığı linkə daxil olsa, axtarış sisteminin alqoritmi bunu mənfi istifadəçi təcrübəsi kimi qeydə alacaq. Belə ki, bu halda səhv linkə daxil olmuş istifadəçiyə nə isə mane olub. Google şirkəti qeyd edib ki, axtarış sistemində resursların ortaya çıxması reytinqində dəyişikliklər olsa da əsas faktor kimi yenə də yaxşı informasiya vermə qabiliyyəti qalıb.

    Şirkət tərtibatçılarının sözlərinə əsasən bu ilin sonuna kimi Google axtarış sisteminin alqoritmində hansısa ciddi dəyişiklik olmayacaq. İstifadəçi təcrübəsinin qeydə alınması məsələsi isə yalnız gələn il üçün planlaşdırılır. Yeni qaydaların qüvvəyə minməsindən 6 ay öncə Google şirkəti bu barədə rəsmi anons edəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yapon peyki kosmik tullantıları lazer şüası vasitəsilə məhv edəcək: Bu proses ne..

Kosmik tullantılar günümüzdə olan böyük problemlərdən biridir. Alimlərin hesablamalarına əsasən Yer ..


Xiaomi-nin 120W dəstəkləyən yeni şarj adapteri sızdırıldı

Xiaomi şirkətinə məxsus 120W dəstəkləyən yeni şarj adapteri internetə sızdırıldı.


Chrome brauzeri 6 il sonra x64 bit arxitekturaya keçir: Nə dəyişəcək? (Android)..

Google şirkətinə məxsus Chrome brauzerinin Android versiyası 6 il sonra 64 bit arxitekturaya keçir...


Google şirkəti Chrome brauzerində faydalı funksiyanı reallaşdıracaq

Yeni funksiyasının testi Chrome betası çərçivəsində bir neçə həftədən sonra başlayacaq...


Xiaomi şirkəti Mi Band 5-in təkmilləşdirilmiş versiyası üzərində çalışa bilər..

Bir neçə müddət bundan öncə Xiaomi şirkəti 2 variantda Mi Band 5 fitnes qolbağını təqdim etmişdi. On..

×