main-post-cover

    Google axtarış sisteminin yeni alqoritmi axtarılan məlumatın aktuallığını yoxlayacaq

    Elm & Texnologiya
    02.08.2019
    Farid Pardashunas
        Google axtarış sisteminin alqoritmləri adi istifdəçilər üçün gözəgörünməzdilər və onların iş prinsipləri çox zaman suallar yaradır. Buna baxmayaraq şirkət hər zaman bu alqoritmləri təkmilləşdirir. Belə ki, hər il axtarış sisteminin koduna minlərlər düzəlişlər əlavə olunur. Ən son vacib yeniliklərdən biri haqqında şirkətin axtarış sistemi şöbəsinin rəhbəri məlumat verib. Belə ki, bundan sonra axtarış nəticələri axtarış sorğusu zamanı yazılmış mətndən əlavə olaraq tapılmış məlumatların aktuallıqlarını da nəzərə alacaqlar. Bu barədə Business Insider saytına istinadən 4pda saytı xəbər verib.
        Google şirkətinin axtarış sistemi şöbəsinin vitse-prezidenti Pandu Nayak bildirib ki, hər hansı bir məlumatın axtarışı zamanı həmin məlumatın dərc olunma vaxtının vacibliyi nəzərə alaraq istifadəçiyə ilk növbədə yeni məlumatlar təqdim olunacaq. Misal olaraq Pandu Nayak məşhur “Stranger Things” serialının 3-cü sezonunun premyerasını gətirib. Əgər fevral ayında məlum idisə ki, bu serialın 3-cü sezonunun premyerası 2019-cu ildə baş tutacaq, daha sonradan məlum oldu ki, premyera tarixi 4 iyuldur. Yeni axtarış alqoritmi bu məlumatları müqayisə edərək istifadəçiyə onlardan ən aktual olanını təqdim edir.

        Google şirkətinin təmsilçilərinin sözlərinə əsasən bu cür dəyişiklik ilk növbədə səhiyyə sahəsi və ya başqa vacib məlumatların axtarışı üçün faydalı olacaq. Məsələn təhlükəli məhsulların satışlardan çıxarılması kimi aktuallığını saxlayan məlumatların kritik vacibliyi kimi. Bu yeni dəyişiklik dərc olunma vaxtının əhəmiyyət daşımadığı kontentlərə şamil olunmayacaq. Məsələn “nəyə görə gün batımı zamanı göy qırmızı rəngdə olur?” kimi axtarış sorğularının nəticələri qismində ilk növbədə illər öncə yerləşdirilmiş məlumatlar təqdim olunacaq. Pandu Nayak-ın sözlərinə əsasən bu işdə ən çətin məqam hansı məlumatın daha vacib olduğunu təyin etməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər