Google axtarışlarında thumbnail görüntüsü istifadə etməyə başlayıb
Elm & Texnologiya
07.05.2017
Farid
Google, mobil cihazlardan edilən
axtarışlarda önizləmə görüntüsü istifadə etməyə başladı. Daha əvvəllər xaricdə
test edilən xüsusiyyət, artıq digər ölkələrə də tətbiq olunmağa başlayıb. Hər
dəfəsində yeni funksiyalarla qarşımıza çıxan Google, indi də mobil vasitələrlə
edilən axtarışlarda thumbnail görüntüsü istifadə etməyə başlayıb.
Görüntü dəstəkli yeni axtarış nəticələri
Google+ üzərindən elan edilən yeni xüsusiyyətlə,
istifadəçilər axtarış görüntüləri ilə daha yaxından tanış olurlar. Məsələn,
yuxarıda gördüyünüz kimi LG V20 axtarışı etdiyinizdə, xəbərlərin sağ tərəfində
həmin məlumatla əlaqəli görüntü görmüş olursunuz. Həmçinin onu da qeyd etməliyik
ki, bu yenilik mobil axtarışları əhatə edir.
Paylaş
Bənzər xəbərlər