
'Google' bugün 19 yaşını qeyd edir. Bu illər ərzində məşhur saytın dizaynı necə dəyişdi?
Elm & Texnologiya
04.09.2017
“Google” şirkəti bugün 19 yaşını qeyd edir. Bu münasibətlə
onun saytının baş səhifəsinin bütün illər ərzində necə dəyişildiyini sizlərə
göstərmək istəyirik. Saytın əsas səhifəsi, 2015-ci ildən dəyişməyib. 10-20 ildən
sonra nəyin olacağını düşünmək çətindir. Lakin tam əminliklə demək olar ki,
dizayn həmişəki kimi bilinən olacaq. Ad günün mübarək Google.
Maksimum minimalistik tərzdə olan sayt dizaynı (1998-ci il)
Google-ın ilk beta versiyası. Hər kəsə tanış olan loqo
(1999-cu il)
Google, 1 milyarddan çox sayt tanıyır (2000-ci il)
Sayta qovluqlar əlavə olundu. Şəkilləri birbaşa axtarmaq mümkün
oldu (2003-cü il)
Loqo dəyişildi. Qovluqlar aradan qaldırıldı (2010-cu il)
Loqo yastı oldu (2013-cü il)
Loqonun şrifti dəyişildi (2015-ci il).
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...