main-post-cover

    Google bütün düymələri bir sırada yerləşən uzunsov klaviatura hazırlayıb (VİDEO)

    Elm & Texnologiya
    04.10.2022
    Farid Pardashunas
        Google şirkətinin Yaponiya şöbəsi sözün əsl mənasında qəribə cihaz təqdim edib. Söhbət, Gboard Bar adlı klaviaturadan gedir. Bu klaviaturanın digərlərindən əsas fərqi ondan ibarətdir ki, o, uzunsov dizayna sahibdir və onun uzunluğu 1.65 metr təşkil edir. Gboard Bar-da bütün düymələr bir sırada yerləşdirilib. Məlumatda qeyd edilib ki, tərtibatçılar bu klaviaturadan istifadə edərək kodda bugları tapa bilərlər. Sözügedən klaviatura üçün çəkilmiş reklam videosunda qeyd edilib ki, Gboard Bar şəxsi mühiti genişləndirməyə imkan verəcək və beləliklə digər ofis əməkdaşları sizə yaxın məsafədə yerləşə bilməyəcəklər. Bununla yanaşı videoda çox qəribə arqumentlər də səsləndirilir. Onların arasında istifadəçinin sözügedən klaviaturada hansı düymənin harda yerləşdiyini unutmayacağı kimi arqumentlər var. Məlumatda qeyd edilib ki, Gboard Bar üzərində bundan sonra pişik və ya digər ev heyvanları əylənə bilməyəcəklər. Belə ki, ev heyvanlarının əyləncəsi üçün bu klaviatura heç də rahat deyil. Qeyd etmək lazımdır ki, bu cihaz çox güman ki, şirkətin reallaşdırdığı bir zarafatdır və nəticədə onun irimiqyaslı istehsalı heç də planlaşdırılmır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər