Logo
    main-post-cover

    Google Chrome brauzeri Windows və OS X sistemlərinin köhnə versiyalarını artıq dəstəkləməyəcək

    Google rəsmi şəkildə bildirdi ki, Chrome brauzeri Windows və OS X sistemlərinin köhnə versiyaları üçün dəstəklənməyəcək. Gələn ilin aprel ayından başlayaraq Windows XP, Windows Vista, OS X 10.6, OS X 10.7 və OS X 10.8 sistemlərinin istifadəçiləri Chrome brauzerini yeniləyə bilməyəcəklər. Google bildirib ki, sözügedən sistemlər Microsoft və Apple-dan dəstəklənmədiyi üçün istifadəçilər də artıq yeni sistemə keçid etməlidirlər. Başqa sözlə bu sistemlərin istifadəçiləri Chrome-dan əvvəlki kimi istifadə edə biləcəklər. Lakin onu yeniləyə bilməyəcəklər. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google Chrome brauzeri Windows və OS X sistemlərinin köhnə versiyalarını artıq dəstəkləməyəcək | Technote