Google Chrome-da istifadəçilərin izlənməsi mərhələli şəkildə dayandırılacaq
Elm & Texnologiya
04.03.2021
Farid Pardashunas
Yeni Google Chrome 89 brauzerinin əsas yeniliyi cookie fayllarını əvəzləyəcək FLoC texnologiyası olub. Öz bloqunda şirkət bu texnologiyanın çalışma prinsipini izah edib və istifadəçilərin məlumatlarını reklam agentliklərinə nə zaman ötürməyəcəyini bildirib. Şirkətin verdiyi məlumata əsasən o, kənar cookie fayllarının dəstəklərindən imtina edəcək, lakin FLoC (Federated Learning of Cohorts) funksiyası vasitəsilə reklam agentlikləri ilə əməkdaşlığı davam etdirəcək. Bu funksiya da insanın internetdəki davranışını analiz edir. Lakin bu onu bu və ya digər şəxsin hansı auditoriyaya aid olunduğunu öyrənmək üçün edir.
Bu halda istifadəçinin özəl məlumatları toxunulmaz olaraq qalacaqlar. Target edilmiş individual reklamların göstərilməsi üçün konfidensial məlumatların yığılması prosesi 2 il ərzində mərhələli şəkildə dayandırılacaq. Google təmsilçisi bildirib ki, konfidensiallığı qoruyan API-ların istifadəsi ilə əldə olunacaq anonimlik individual identifikatorları əvəzləyəcək. Bununla belə həm reklam agentlikləri həm də istehlakçılar yeni texnologiyalardan bəhrələnə biləcəklər. FLoC funksiyasının testina bu ayın sonunda start veriləcək. Onun Google Ads servisinə inteqrasiya edilməsi isə bu ilin ikinci rübündə planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)