
Chrome brauzeri üçün olan bu əlavələr saxta reklam kliklərinə görə kompüterlərə yayılıblar.
“Icebrg” şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Google Chrome brauzeri üçün 4 zərərli əlavə aşkar ediblər. Bu zərərli əlavələr isə 500.000 dəfə yüklənilib. Mütəxəssislər zərərli əlavələrin adlarını açıqlayıblar: HTTP Request Header, Nyoogle, Stickies və Lite Bookmarks. Bu zərərli əlavələr bir çox kompüterlərdə yayılıblar və daha sonra həmin kompüterlərdən reklam linklərinə klik kimi istifadə olunub. Bundan əlavə olaraq sözügedən Chrome əlavələr hackerlər tərəfindən istifadəçilər və bu əlavələrin olduqları cihaz istehsalçılarının izlənməsi üçün də istifadə oluna bilər. Məlumata əsasən “Google” bu əlavələrin hamısını silib.
Şərh yoxdur