
Google Chrome-u əvəzləyəcək yeni brauzer Google Canary artıq Androiddə
Elm & Texnologiya
07.05.2017
Farid
Dünya üzrə, 2016 ili etibarilə 50%-lik istifadə payına çatan Google Chromre, bu sahədə reallaşması çətin bir uğuru əldə etmiş oldu.
İlk versiyası 8 il əvvəl, 2 Sentyabr 2008-ci ildə təqdim
olunan Chrome, aradan keçən illərin ardından bir müddət sonra yerini "Canary”yə
buraxacaq.
Google Canary-nin beta versiyası nəhayətki Google Play
Store-dakı yerini aldı. Bu anadək sadəcə Windows və Mac cihazlar üçün təqdim
edilən Canary, beləcə android platformasına da gəlmiş oldu. Play storeda təqdim
edilən 56.0.2891.8 versiya nömrəsi olan Canary, sınaqdan keçirmək istəyənləri
razı salacaq.
Google, Canary brauzerinin sınaq versiyasında olduğunu və
hələki test edilmədiyini bildirib. Bunun nəticəsi olaraq tətbiqdə ara sıra
problemlərlə qarşılaşa biləcəyinizi diqqətə çatdırıblar. Ara ara çökmələrdə
yaşana bilər.
"Technote.az”ın "DigitalTrends”ə istinadən verdiyi bu xəbərdə,
Canary brauzerinin tez-tez yenilənəcəyi və bununda həftənin hər günü olacağı
bildirilir. Yenilənmələrin ölçüsünün 100 MB-dan artıq olacağını elan edən
Google, istifadəçiləri təəccüləndirib. Beləki hər gün yenilənəcək bu brauzerdən
istifadə edəcəksinizsə yenilənmələrin mobil şəbəkənizin interneti üzərindən yox
wifi vasitəsilə yerinə yetirildiyinə diqqət edin.
Google əlavə olaraq, yaşanacaq problemləri, çökmələri və
digər problemləri mümkün olan ən qısa müddətdə həll edəcəklərinin sözünü verir.
Kompüterinizə Canary yükləmək üçün daxil olun
Paylaş
Bənzər xəbərlər