Google Chromebook-ların dəstək müddətlərini 10 ilədək uzadıb

Google Chromebook-ların dəstək müddətlərini 10 ilədək uzadıb

Texnologiya
18.09.2023 PAYLAŞIM

    Google şirkəti Chromebook sahiblərinə yaxşı xəbər verib. Belə ki, şirkət bu cihazların dəstəklərini 10 il müddətinə uzadıb. Beləliklə 2021-ci ildən sonra satışa çıxmış hər bir Chromebook 10 il ərzində hər ay təhlükəsizlik yenilənməsini əldə edəcək. Qeyd etmək lazımdır ki, şirkət daha öncə Chromebook-ların dəstəklərini 8 il ərzində reallaşdırırdı. Lakin nəzərə almaq lazımdır ki, dəstək müddəti cihazın alıcı tərəfindən əldə edilməsindən sonra deyil, cihazın sertifikatlaşdırılmasından sonra başlayır. Chromebook isə adətən təhsil sahəsində istifadəyə edildiyi üçün bu cür cihazların alınmasına və ayarlanmasına sərf edilən zaman səbəbilə rəsmi dəstək müddəti 5 il davam edir. Chromebook-ların dəstək müddətlərinin uzadılması öz növbəsində təhsil müəssisələrinə və təşkilatlara bu mövzuda qənaət etmək imkanını verəcək.




DAHA ÇOX


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..

×