Logo
    main-post-cover

    Google-dan milyonlarla insana həyati bildiriş

        Venesuelanın milli zəlzələ erkən xəbərdarlıq sistemi olmasa da, çərşənbə günü baş verən iki güclü zəlzələdən əvvəl milyonlarla insanın telefonu eyni anda xəbərdarlıq siqnalı verdi. Google açıqlayıb ki, onun Android əsaslı Earthquake Alerts sistemi ölkədə 11,4 milyon nəfərə xəbərdarlıq göndərərək bəzi insanlara təhlükədən yayınmaq üçün iki dəqiqəyə qədər əlavə vaxt qazandırıb.
    How Google phone alerts warned Venezuelans seconds before deadly quake  shaking
        Hadisə zamanı Karakas sakini Xose Flores ailəsi ilə kinoteatra gedərkən həyat yoldaşının telefonundan yüksək səsli xəbərdarlıq eşidib. Cəmi altı saniyə sonra güclü yeraltı təkanlar başlayıb. Google-un sistemi xüsusi seysmik stansiyalara deyil, dünyada istifadə olunan iki milyarddan çox Android smartfonuna güvənir. Telefonların daxilindəki akselerometr – yəni ekranın istiqamətini müəyyən edən sensor – yeraltı təkanların yaratdığı zəif titrəyişləri də hiss edə bilir.Telefonlar ilkin təkanları hiss etdikdən sonra anonim məlumat və təxmini məkan serverlərə ötürülür. Serverlər minlərlə telefondan gələn siqnalları müqayisə edir, zəlzələni təsdiqləyir və xəbərdarlığı təhlükə zonasındakı digər insanlara göndərir.
        Google-un baş mühəndisinin sözlərinə görə, sistem ilk zəlzələnin ilkin dalğalarını üç saniyə ərzində qeydə alıb və cəmi altı saniyə sonra ilk xəbərdarlıqları göndərib. Əvvəlcə 7,2 bal gücündə, təxminən 39 saniyə sonra isə 7,5 bal gücündə ikinci zəlzələ baş verib. İkinci təkan 1900-cü ildən bəri Venesuelada qeydə alınan ən güclü zəlzələlərdən biri hesab olunur. Google bildirib ki, üst-üstə düşən seysmik dalğalar sistem tərəfindən bir böyük hadisə kimi qiymətləndirilib.
        Hazırda dünya smartfonlarının təxminən 70 faizi Android əməliyyat sistemindən istifadə edir. Google Earthquake Alerts sistemi 2021-ci ildə istifadəyə verilib və 2023-cü ildən etibarən 98 ölkəni əhatə edir.
    Paylaş