main-post-cover

    Google'dan Nest Home Hub Max adlı yeni smart ekran modeli (VİDEO)

    Elm & Texnologiya
    10.05.2019
    Emil Nəcəfov
        Google I/O 2019 tədbiri çərçivəsində şirkət həmçinin Nest Home Hub Max adlı smart ekran modelini də təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Xarici görünüşcə yeni smart ekran Home Hub adlı əvvəlki smart ekran modelinə bənzəyir. Nest Home Hub Max modeli 1280x800 piksel keyfiyyətli 10.1 düym IPS ekran, Amlogic T931 prosessoru, 2 GB RAM və səsgücləndiricilər ilə təchiz olunub.

        Bu smart ekran vasitəsilə ağıllı evi idarə etmək mümkündür. Məsələn evin işıqlarını yandırıb/söndürmək, qıfılları açıb/bağlamaq, evin termostatındakı temperaturu dəyişmək və s. Nest Home Hub Max adlı smart ekranın əsas üstünlüyü onun 12 MP-lik genişformatlı kameraya (Sony IMX277) sahib olmasıdır. Həmin kamera danışıqlar zamanı istifadəçini izləyə və onun kadrdan çıxması halında onun üzərində fokuslanmanı ayarlaya bilər.

        Smart ekranın kamerası həmçinin istifadəçi üzünün tanıması texnologiyasına da sahibdir. Bu isə öz növbəsində hansı şəxs haqqında məlumatın ekranda əks olunması baxımından smart ekrana yardımçı olacaq. Təbii ki, şirkət konfidensiallıq məsələsini də unutmayıb. Belə ki, smart ekranda olan xüsusi düymə vasitəsilə onun kamerasını və mikrofonunu deaktiv etmək olar. Google Nest Home Hub Max smart ekranı bu ilin yay fəslində 230$ qiymətində satışa çıxacaq.
    Linki kopyala