
`Google`dan `Snapchat`ə 30 milyard dollarlıq təklif iddiası
Elm & Texnologiya
04.08.2017
Orxan
Ötən illərdə “Facebook”
tərəfindən edilən 1 milyard dollarlıq təklifi rədd edən “Snapchat”in yaradıcıları
bu dəfə çox daha böyük bir təkliflə qarşı-qarşıya qaldı!
2017-ci ilin mart
ayında xalqa təqdim olunan Snapchat yəni
şirkət adı ilə Snap Inc., bundan bir
neçə il əvvəl Facebook tərəfindən
edilən 1 milyard dollar təklifi rədd
etmiş və qarşılığında da Facebook tərəfindən
bütün tətbiqlərinin xüsusiyyətləri kopyalanmaya başlanmışdı.

Business Insider-ın
xəbərinə görə mart ayında Google tərəfindən
şirkətə tam 30 milyard dollar təklif
edildi. Lakin Snapchat-in CEO-su Evan Spiegel bu təklifi də rədd edib.
Snapchat-i satmaq
istəmədiyini daha əvvəlki təklifə verdiyi cavabla müəyyən edən Spiegel-in 30 milyard dollar kimi olduqca yüksək bir rəqəmi də rədd etməsi təəccüblə qarşılandı.

Bu arada Google-un
mövzu ilə əlaqədar hər hansı bir açıqlama etmədiyini və Snap Inc. şirkətinin də belə bir təklif olmadığını söylədiyini də
bildirməyimiz lazımdır. Lakin ortaya çıxan bu xəbərlər Snap Inc.-in birjadakı dəyərini
yüzdə 2.3 nisbətində artırmağı
bacardı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
