main-post-cover

    Google'dan yeni naqilsiz Pixel Buds 2 qulaqlığı - QİYMƏTİ

    Elm & Texnologiya
    15.10.2019
    Emil Nəcəfov
        Made by Google təqdimat tədbiri çərçivəsində Google şirkəti naqilsiz Pixel Buds 2 qulaqlıqlarını təqdim etdi. Yeni Pixel Buds 2 modeli yüksək çalışma radiusunu, yüksək çalışma müddətini və səsin intellektual tənzimlənməsi özəlliyni əldə edib. Şirkətin verdiyi məlumata əsasən Pixel Buds 2-nin radiosiqnal qəbulunun uzun məsafəsi sayəsində hətta musiqi mənbəyi futbol meydançasının bir tərəfində olsa belə meydançanın digər tərəfində olan istifadəçi həmin musiqiyə qulaq asa biləcək.
        Yuxarıda da qeyd olunduğu kimi Pixel Buds 2 səsin intellektual tənzimlənməsi özəlliyinə sahibdir. Bunun sayəsində qulaqlıq ətraf səs-küyün yüksək olduğu halda avtomatik olaraq danışıq səsini yüksəldə və ya aşağı sala bilər. Bununla yanaşı Pixel Buds 2 əlavə funksiyalara da sahibdir. Şirkətin verdiyi məlumata əsasən hər bir qulaqlıq ayrıca kompüter funksiyasını daşıyır və hər bir qulaqlıq səsləndirilmiş nitqi tərcümə edə, səsli köməkçini idarə edə və istifadəçinin sorğularına əsasən səsləndirməni ayarlaya bilər.
        Qulaqlığın dairəvi dizaynı isə öz növbəsində istifadəçi qulağının daxilində rahat yerləşməsinə imkan verir. Pixel Buds 2-nin çalışma müddəti 5 saatdır. Naqilsiz şarj keysindən istifadə edərək qulaqlıqları əlavə olaraq 4 dəfə şarj etmək olar. Nəticədə Pixel Buds 2-nin çalışma müddəti 24 saata kimi yüksəlir. Pixel Buds 2 gələn il satışa çıxacaq. Onun qiyməti isə 179$ təşkil edəcək.
    Linki kopyala