
"Google" Daydream View adlı VR cihazını təqdim edib (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
"Google” şirkəti Daydream View adlı virtual reallıq cihazını təqdim edib.
Şirkətin sözlərinə əsasən yeni VR cihazda əsas diqqət komfortluğa ayrılıb. Məsələn şirkətin təqdim etdiyi cihaz
digər VR cihazlardan fərqli olaraq dəri örtüklə hazırlanmışdır və onları eynəklərlə
belə istifadə etmək mümkündür. "Technote.az"ın "Ferra.ru"a istinadən verdiyi xəbərə əsasən digər VR cihazlardan fərqli olaraq Daydream View ölçü baxımından 30% daha kiçikdir. Qeyd edək ki, "Google”, Daydream View virtual reallıq platformasını hələ bu ilin May ayında Google I/O
2016 tədbiri çərçivəsində təqdim etmişdir. İndi isə şirkət həmin platforma əsasında
çalışacaq VR cihazını istehsal edir. Cihazla birlikdə komplektdə həmçinin xüsusi
pult da təqdim olunur. Pult touchpad özəlliyə sahibdir və istifadəçinin hərəkətlərini
izləyə bilir. Maraqlısı budur ki, həmin pult VR cihazda smartfon üçün nəzərdə
tutulmuş yerdə saxlanılır. Smartfon özü isə VR cihaza naqilsiz şəkildə qoşulur.
Daydream View 79$ qiymətinə
Noyabr ayında satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər