
Google Fitbit Charge 6 smart qolbağını təqdim edib - QİYMƏTİ
Elm & Texnologiya
28.09.2023
Emil
Google şirkəti 2021-ci ildə smart qolbaq istehsalçısı olan Fitbit-i almışdı. İndi isə şirkət sözügedən brend altında yeni smart qolbağı təqdim edib. Təqdim edilmiş yeni smart qolbaq Fitbit Charge 6 adını əldə edib. Bu, iki il bundan öncə təqdim edilmiş Fitbit Charge 5-in davamçısıdır. Beləliklə Fitbit Charge 6 smart qolbağı 1.04 düym AMOLED ekranla təchiz olunub. Smart qolbaq özündə GPS-i və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Onun gövdəsi isə 5ATM standartı üzrə sudan qorunur.

Fitbit Charge 6 smart qolbağı elektrokardioqrammanı reallaşdıra və qandakı oksigen miqdarını ölçə bilir. Üstəlik smart qolbaq 40 ədəd idman rejimini dəstəkləyir. Google sözügedən smart qolbağa Google Maps, Google Wallet və hətta Youtube Music dəstəyini əlavə edib. Lakin Youtube Music dəstəyinin əlavə olunması dedikdə smartfonda işə salınmış musiqinin smart qolbaq vasitəsilə idarəsi nəzərdə tutulur. Fitbit Charge 6 bir dəfə şarj olunandan sonra 7 gün ərzində çalışa bilir. Google artıq bu smart qolbaq üçün ön sifarişlərin qəbuluna start verib. Satışlar payız fəslində başlayacaq. Fitbit Charge 6-nın qiyməti 160$ təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
