Logo
    main-post-cover

    Google flaqman Chromebook-ları Chromebook X brendi altında satacaq

        Google artıq uzun zamandır ki, bazarda Chromebook-ları təklif edir. Bu, şirkətin ChromeOS adlı əməliyyat sistemi vasitəsilə çalışan noutbuklarıdır. Adi Chromebook-lardan əlavə olaraq Google həmçinin daha performanslı və bahalı Chromebook modellərini də təklif edir. Heç istisna deyil ki, yaxın gələcəkdə performanslı və bahalı Chromebook-lar digər brend adı altında satılsınlar. Məlum olub ki, şirkət Chromebook X üzərində çalışır və o, performanslı və bahalı Chromebook modelləri üçün nəzərdə tutulacaq ayrıca alt brend olacaq.
        Məlumatda qeyd edilib ki, Chromebook X brendi altında satılacaq noutbuklar bəzi tələblərə cavab verməli olacaqlar. Belə ki, onlar AMD ilə Intel-in müəyyən prosessorları, geniş həcmli RAM yaddaşı və keyfiyyətli veb kamera ilə təchiz olunmalıdırlar. Bundan əlavə olaraq Chromebook X modelləri adi Chromebook-larda olmayan proqram təminatı imkanlarını da əldə edə bilərlər. Məlumata əsasən Chromebook X brendi altında satışa çıxacaq ilk noutbuklar artıq bu ilin sonuna kimi təqdim oluna bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Google flaqman Chromebook-ları Chromebook X brendi altında satacaq | Technote