
"Google", gedəcəyiniz yerin nə qədər dolu olduğunu deyə bilir
Elm & Texnologiya
07.05.2017
Farid
"Google"un yeni xüsusiyyəti vasitəsilə getmək istədiyiniz yerin o an nə qədər dolu olduğunu görə bilərsiniz.
Keçən
il "Google”, "Popular Times” adlı bir xüsusiyyətini istifadəyə verdiyini elan
etmişdi. Bu xüsusiyyət, bəzi məkanların və dükanların ümumi olaraq hansı günlərdə,
hansı saatlarda dolu olduğunu göstərirdi. Popular Times-ın istifadəsindən məmnun qalan "Google”, bu xüsusiyyəti biraz inkişaf etdirdiyini və artıq canlı olaraq məkanların doluluq dərəcəsini ölçə bildiyini açıqladı.
Google
Search-ün və Google Maps-in birlikdə işləməsi ilə ortaya çıxan xüsusiyyət, getmək
istədiyiniz kafenin, barın, alışveriş mərkəzinin və digər məkanların içərisində
olan şəxslərin sayını avtomatik olaraq hesablayır, ancaq Popular Times-dan fərqli
olaraq topladığı məlumatları canlı olaraq sizə çatdırır.
Xüsusiyyətin
tam olaraq nə zaman istifadəyə veriləcəyi bilinmir ancaq bir neçə gün içərisində
istifadə edə biləcəyimiz təxmin edilir.
Paylaş
Bənzər xəbərlər