'Google' hətta istifadəçinin cihazında GPS deaktiv olduqda belə, onu izləyə bilir
Elm & Texnologiya
22.11.2017
Farid Pardashunas
Quartz saytının mütəxəssisləri Android əməliyyat sistemində casus funksiyası aşkar ediblər.
Həmin funksiya sayəsində “Google”
şirkəti mobil şəbəkə qüllələri vasitəsilə istifadəçilərin yerləşdikləri yer barəsində
məlumatlar yığır. Şirkətin bildirdiyinə görə mətn ismarıclarının göndərilmə sürətinin
yüksəlməsi üçün nəzərdə tutulmuş bu funksiyanın işinin əsasında Cell ID texnologiyası yerləşir. Bu
texnologiya sayəsində hətta istifadəçinin smartfonundakı GPS funksiyası deaktiv
olduqda və SIM kart olmadıqda belə, “Google” onun yerləşdiyi yeri təyin edə bilir.
Sözügedən məlumatlar mobil şəbəkə qüllərindən ötürülür və istifadəçinin yerini
tam dəqiqliklə təyin edir.
İstifadəçinin yerləşdiyi yer barəsində məlumatlar
avtomatik olaraq məlumatlar paketinə daxil edilir. “Google” isə son 11 ay ərzində
Android smartfonlarda push bildirişləri və ismarıcları idarə etmək üçün həmin məlumatları
yığır. Bunun ismarıc göndərilməsi ilə nə kimi əlaqəsinin olduğu məlum deyil.
Şirkətin rəylərinə baxmayaraq mütəxəssislər hesab edirlər ki, şirkət daha
effektiv reklam göstərmək üçün istifadəçinin yerləşdiyi yer haqqında məlumatları
yığır. Baxmayaraq ki, “Google”a ötürülən məlumatlar şifrələnmiş vəziyyətdə olur,
smartfonun hack olunması halında həmin məlumatlar 3-cü şəxslər tərəfindən də
oğurlana bilər. Hər bir cihaz, onun yerləşdiyi yer barəsində məlumatlar ilə əlaqəli
olan unikal identifikasiya nömrəsinə sahibdir.
Maraqlısı ondadır ki, şirkət bu
məlumatları hansısa konkret Android smartfon və ya planşetdən yığmır. Görünür,
şirkət mobil şəbəkə qüllələri vasitəsilə
bütün müasir Android cihazlardan bu məlumatları əldə edir. Smartfondakı
ayarların dəyişdirilməsi, SIM kartın çıxarılması və ya hansısa digər üsul belə,
sözügedən məlumat axınının qarşısını ala bilmir. Daha sonra şirkət etiraf edib
ki, o, Cell ID funksiyasını 2017-ci ilin Yanvar ayından bu günə kimi istifadə
edir. Bundan əlavə olaraq o bildirib ki, istifadəçilərin hansısa məlumatlarını
özündə saxlamır və bu ilin sonuna kimi bu funksiyanı öz əməliyyat sistemindən
çıxardacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)