
Google, HTC-nin VR şöbəsini alıb
Elm & Texnologiya
23.01.2025
Emil
Google şirkəti Tayvanın HTC şirkəti ilə bağlı növbəti razılaşmasını elan edib. Belə ki, Google, HTC-nin Vive adlı virtual reallıq (VR) cihazlarının hazırlanması ilə məşğul olan şöbəsini almaq qərarına gəlib. Məlumatda qeyd edilib ki, Google, HTC-nin sözügedən şöbəsinin alınmasına 250 milyon dollar vəsait sərf edib. Bununla yanaşı HTC Vive cihazlarının hazırlanmasında iştirak etmiş aparıcı şəxslər Google şirkətinə keçid ediblər. Tərəflər arasındakı razılaşmaya əsasən Google öz növbəsində həmçinin HTC-nin VR texnologiyalar sahəsindəki intellektual mülkiyyətinin lisenziyalarını əldə edir.

HTC isə bu istiqamətdə yeni cihazların hazırlanması prosesini davam etdirəcək. Qeyd etmək lazımdır ki, Google keçən ilin sonuna yaxın Android XR əməliyyat sistemini anons etmişdi. Samsung tərəfindən hazırlanan genişləndirilmiş reallıq (XR) cihazı məhz bu əməliyyat sistemi vasitəsilə çalışacaq. Beləliklə Google lazımi proqram təminatına və HTC-nin VR cihazlar şöbəsinin alınmasından sonra aparat təminatına sahib olmasından sonra o özünün VR/AR və qarışıq reallıq (AR + VR) cihazını hazırlaya bilər. Qeyd etmək lazımdır ki, Google 2017-ci ildə 1.1 milyard dollara HTC-nin smartfon istehsalı şöbəsini də əldə etmişdi.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
