main-post-cover

    'Google'ın CEO-su Sundar Pichai: 'İnsanlar, yeni texnologiyalara hazır deyillər'

    Elm & Texnologiya
    09.10.2017
    Farid Pardashunas
    “Google”ın CEO-su Sundar Pichai, şirkətin hansı istiqamətdə inkişaf etdiyi və nəyə görə insanların, sürətlə dəyişən texnologiyaları qəbul edə bilmək bacarığına sahib olmadıqları barədə Guardin-a danışıb.
    Sundar Pichai-nin sözlərinə görə şirkət hal hazırda iki istiqamətdə inkişaf edir. Onlardan birincisi, süni zəka ilə bağlı istənilən sahədir.
    “Süni zəka dünyasında insan ilə kompüter arasındakı qarşılıqlı əlaqə daha əsas və təbii olur. Siz, əşyalarla danışa bilərsiniz və kompüterinizin, sizin gözləriniz ilə dünyanı görməsi üçün biz, Google Lens üzərində çalışırıq” – deyə Pichai bildirib.
    Google Lens, smartfonların, vizual şəkildə nəyisə tanıması üçün alət kimi bu il istifadəyə veriləcək. Kameranı restoran tərəfə çevirin və Google onun barəsində olan rəyləri tapacaq. Bununla yanaşı Pichai-nin sözlərinə əsasən yaxın bir neçə il ərzində yüksək dəqiqliklə sürətli şəkildə tərcümə texnologiyası da yaranacaq.

    “Mən etiraf edirəm ki, Silikon Vadisindəki insanlar, dəyişilmə tempindən heyrətə gəlirlər. Lakin orta statistik insan haqqında düşünməyi unudanda, bu cür gedişlə uğursuzluq qazanmaq olar. Bəzən mən əmin deyiləm ki, insanlar, sürətli texnoloji dəyişikliklərə hazırdırlar” – deyə Pichai bildirib.
    Şirkətin inkişaf etdirdiyi daha bir istiqamət isə smartfonların və internetin əlçatanlığını yüksəltməkdir. Bu baxımdan Sundar-ın əsas arzusu, Android smartfonları o dərəcədə ucuz etməkdir ki, onların qiyməti 30$ təşkil etsin. O həmçinin Hindistanın hesabına 5 milyard Android istifadəçisi göstəricisinə nail olmaq istəyir. Onun fikrincə daha böyük nəsil, həmişə yeni texnologiyalara daha skeptik yanaşır. O özü hər gününə Wall Street Journal adlı kağız qəzeti ilə başlayır.

    Çünki Pichai xatırlayır ki, uşaq vaxtlarında qəzet oxuyaraq məlumatları əldə etmək üçün növbəyə durmaq lazım gəlirdi. Lakin öz övladları barəsində o belə əmin deyil. Onların Kindle vasitəsilə kitab oxumaları və YouTube izləmələri düzgündür? “Google”da çalışan bir çox bacarıqlı proqramçıların sözlərinə əsasən onlar bütün məktəb vaxtlarını, kompüter oyunları oynamaqla keçirdiblər. Lakin Sundar-ın fikrincə bəlkə də məhz həmin oyunların hesabına həmin insanlar, İT sahəsinə gəliblər.
    “Keçmiş nəsil həmişə yeni texnologiyalar barəsində diskomfort yaşayır. Wright qardaşları dövründə qəzet məqalələrində müəlliflər, velosipedlərin, qadınların ədəb ərkanlarına zərər yetirəcəkləri qorxusu barəsində ciddi şəkildə yazırdılar. Bizim övladlarımız isə vizual informasiyanın öhdəsindən yaxşı gəlirlər” – deyə Sundar bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər