Google Maps yeniləndi
Elm & Texnologiya
07.05.2017
Farid
Tanınan xəritə proqramlardan olan Google Maps bir çox insanlar tərəfindən sevilir. Google Maps-in etdiyi yenilik isə hələki sadəcə Android istifadəçiləri üçün nəzərdə tutulur.
Bəs bu yeniliklər nələrdən ibarətdir?
Keçən ay test edilməyə başlanan və sadəcə Wi-Fi bağlantısı ilə istifadə oluna biləcək bu yenilənmə istifadəçilərə təqdim olundu.Bu yeniliklə istifadəçilər mobil datadan asılı olmadan sadəcə Wi-Fi siqnalları ilə Google Maps-dən istifadə edə biləcəklər.
Bir digər xüsusiyyət isə Offline istifadə üçün yüklənən xəritələrin artıq SD kartlara yüklənə bilməsidir. Əvvəllər də belə funksiya mövcud idi, amma əvvəllər bu SD kartda yer tutduğu halda yenilənmədən sonra yüklənən xəritə artıq depolanmış halda yer alacaq.
Paylaş
Bənzər xəbərlər