
Google-ın adı və CEO-su dəyişdi
Elm & Texnologiya
08.05.2017
Hər kəsin internetdən gündəlik istifadəsində əvəzsiz yeri olan Google artıq Alphabet adlı şirkətin bir hissəsi kimi fəaliyyət göstərəcək. Yenicə qurulan şirkətin əsas məqsədi servis provayderi, ağıllı cihazlar, dronlar və biotexnologiya ilə yanaşı bir çox ayrı sahədə geniş fəaliyyət göstərən Google-ı Alphabet adı altında parçalayaraq hər bölməni ayrı bir şirkət halına gətirməkdir. Amma narahat olmayın axtarış motoruda daxil olmaqla digər internet servisləri həmişəki kimi Google adını daşıyacaq. Google-ın qurucuları və Alphabet-in CEO və İcraçı Direktor vəzifələrini daşıyan Larry Page və Sergey Brin bu yolla bütün bu bölmələrin daha rahat və səmərəli çalışacağını düşündüklərini bildiriblər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...