Logo
    main-post-cover

    Google-ın süni zəkası melodiya bəstələyib

    Google şirkəti musiqi bəstələməyi bacaran neyron şəbəkəsini yaradıb. Bəstələnmiş ilk melodiya Mogfest festivalında təqdim olunub. Magenta adlı hazırlanmış yeni süni zəkanın bəstələdiyi melodiya 90 saniyəlikdir. Melodiya cəmi 4 notdan bəstələnib. Onun bəstələnməsi üçün isə istifadə olunan musiqi aləti kimi fortepiano olub. Mühəndislər hazırladıqları neyron şəbəkəni daha da inkişaf etdirəcəklər. Onların planlarında musiqiçi və rəssamlar üçün xüsusi platforma yaratmaqdır. Həmin platformanın köməyi ilə incəsənət adamları kompüter öyrədicisi ilə qarşılıqlı əlaqədə ola biləcəklər. Bəstələnmiş həmin melodiyanı bu linkə daxil olaraq dinləyə bilərsiniz: https://soundcloud.com/aleksandr-schserbakov/google-magenta-music
    Paylaş
    Bənzər xəbərlər